O, Rusiyanın ən gözəl qızı seçildi -  FOTOLAR

O, Rusiyanın ən gözəl qızı seçildi - FOTOLAR

Hazırda oxunan: O, Rusiyanın ən gözəl qızı seçildi - FOTOLAR

75691
“Rusiya gözəli-2015”x9d müsabiqəsində Yekaterinburq sakini Sofiya Nikitçuk qalib olub.

Ölkənin hər yerindən 50 ən gözəl qızın iştirak etdiyi müsabiqənin finalı bu gün Moskvada başa çatıb. Qalibin seçimi bir neçə mərhələdə aparılıb. Qalib finala çıxan 10 nəfər arasından seçilib.

Sofiya Nikitçukun 21 yaşı var. O, Ural Federal Universitetin humanitar elmlər və incəsənət fakültəsində təhsil alır. Rusiya gözəli həmçinin fortepiano sinfi üzrə musiqi məktəbini bitirib.

Qalibə brilyant və mirvari ilə bəzədilmiş ağ qızıldan tac verilib. S.Nikitçuk həmçinin 3 milyon rubl və avtomobilin sahibi olub. O, “Dünya gözəli”x9d və “Kainat gözəli”x9d müsabiqələrində Rusiyanı təmsil edəcək.

Müsabiqədə ikinci yeri Vladislava Yevtuşenko, üçüncü yeri isə Anastasiya Naydyonova tutub.








© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO