"Muğam oxumaq və bahalı avtomobil sürmək düz gəlmir"

Hazırda oxunan: "Muğam oxumaq və bahalı avtomobil sürmək düz gəlmir"

584949
Müğənni Səidə Sultan yenə də xanəndələrlə bağlı qalmaqallı açıqlama verib.
 
Sənətçi "Səhər mərkəzi" verilişində ona ünvanlanan "Demisiniz ki, ən bahalı avtomobilləri xanəndə xanımlar sürür" sözlərə belə münasibət bildirib:
 
"Düz demişəm və fikrimdə də qalıram. Estrada müğənniləri ömür boyu əziyyət çəkir. Ora qaç, bura qaç. Estrada ifaçıları heç zaman hazıra nazir olmayıblar. Hansı estrada müğənnisi hazıra nazir olub? Hamısı əziyyət çəkir.
 
Muğam oxumaqla o dərəcədə də pul qazanmaq olmur. Bahalı avtomobil və muğam oxuyan xanım düz gəlmir bir-birinə. Yəni bir-birini tamamlamır. Muğamda o qədər pul yoxdur ki, gedib oxuyasan, səhər isə bahalı avtomobil versinlər. Orada başqa məsələlər var. Deyərəm, amma efirdi. Açıq-aydın deyərəm, sonra isə söyləyəcəklər ki, Səidə yenə danışdı".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO