Elza Seyidcahan “böcək” olmağa qərar verib

Elza Seyidcahan “böcək” olmağa qərar verib

Hazırda oxunan: Elza Seyidcahan “böcək” olmağa qərar verib

32187

Qeyri-adi konsertləri ilə hər zaman fərqlənən əməkdar artist Elza Seyidcahan bu dəfə “böcək” obrazına girəcək. Moderator.az Axşam.az-a istinadən xəbər verir ki, müğənninin yeni konserti “Uğur böcəyi” adlanacaq. 

Özünü uğurlu insan hesab edən Elza Seyidcahan yeni layihəsindən danışıb: 

“Mən çox uğurlu insanam. Kiminlə işləyirəm, mahnı verirəm uğurlu alınır. Getdiyim hər yerdə şən əhval-ruhiyyə yaradıram. Kiməsə pul verəndə aylarla cibində saxlayır ki, bərəkətli əliniz var. Bunları nəzərə alıb “Uğur böcəyi” adlı konsert fikirləşdim. Burada mən “böcək” olacam. Çox fərqli geyimlər, saç düzümləri hazırlayırıq. İbrətamiz, insanlara xeyirxahlığı tərənnüm edəcək bir layihə olacaq. İndi məkan seçirik. Görək “Uğur böcəyi” qanadlarını harada salacaq”

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO