"Mənim taylarımın on obyekti var, mənim bir kurtkam da yoxdur..."

Hazırda oxunan: "Mənim taylarımın on obyekti var, mənim bir kurtkam da yoxdur..."

113806
Manaf Ağayev "Hər şey daxil" verilişinin qonağı olub. Big.az xəbər verir ki, verilişin heyətini evində qonaq qəbul edən Manaf Ağayev qonaqlıqlardan sonra mütləq başına bir hadisə gəldiyini açıqlayıb.

Manaf Ağayev evi ilə bağlı yayılan söz-söhbətlərə aydınlıq gətirib:

"Xoşlayıram evimə gəlib-gedən olsun. Amma nə vaxt çəkiliş olur, ya uşaq qəzaya düşür, ya da özümün bir problemim olur. Ona görə istəmirdim çəkiliş olsun evimdə. İnsanlar başqa cür başa düşür, bəxtəvərçilik verirlər, amma başa düşmürlər ki, 40 il qazandığımdır. Mənim taylarımın on obyekti var. Mənim bir kurtkam da yoxdur. 3-5 gün ömrüm var, istəyirəm, yaxşı yerdə yaşayım. Gedib oğurluq etmirəm, öz qazancımdır. "Risovkalıq" edib evimi göstərmirəm ki... Haram varsa, mənə iqsmət olmasın. Damla-damla alın tərimlə, ailəmin köməyi ilə 40 ildə bu evi ərsəyə gətirmişəm".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO