Müğənnilər vergiyə görə toy qiymətlərini qaldıracaqlarmı?  ”“ SORÄžU

Müğənnilər vergiyə görə toy qiymətlərini qaldıracaqlarmı? ”“ SORÄžU

Hazırda oxunan: Müğənnilər vergiyə görə toy qiymətlərini qaldıracaqlarmı? ”“ SORÄžU

112161

"Nə qazanırık ki, nə də ödəyək”x9d.

Yaxın günlərdə Vergilər Nazirliyi tərəfindən müğənnilərin vergi ödəmələri ilə bağlı yeni qaydalar açıqlandı. 

Oxu.Az xəbər verir ki, yeni qaydalara əsasən, bundan sonra müğənnilər toylardan, tədbirlərdən qazandıqları vəsaitin bir hissəsini vergi şəklində dövlət büdcəsinə ödəyəcəklər.

Bəs görəsən müğənnilər vergiyə görə toy qiymətini qaldırcaqmı?

Bu suala cavab tapmaq üçün bir neçə məşhurla əlaqə saxladıq:

Əməkdar artist Nuriyyə Hüseynova:

Dünyada baş verən böhran prosesləri bizdən də yan keçməyəcək. Məncə məşhurlar toy qiymətini qaldırmayacaq, əksinə qiymətlər çox aşağı düşəcək.

Əməkdar artist Ədalət Şükürov:

Toy qiymətində heç bir dəyişiklik etməyəcəyəm.  

Müğənni Yaşar Cəlilov:

2010-cu ildən vergi ödəyirəm, VÖEN-im də var. Qiyməti qaldırsam və yaxud qaldırmasam yenə də vergi verirəm. Ümumiyətlə, müğənnilərdən az miqdarda vergi ödəmək tələb olunur. Məsələn, toy qiyməti 1000 manat olan ifaçı 40 manat vergi ödəyir. Və beləliklə, qiymət qalxdıqca ödəniləcək vergi də artır. Bu o qədər də böyük məbləğ deyil.

Müğənni Nazim Pişyari:

Toy qiymətinin qalxıb-qalxmamasından asılı olmayaraq, fəaliyyətdə olan hər bir müğənni vergi ödəməlidir.

Rəqqas İlham Kərimli:

Müğənnilərdən fərqli olaraq rəqqasların toy qonorarı azdır. Nə qazanırık ki, nə də ödəyək. Amma hər halda vergidən yayınmırıq. İndiki vəziyyətə gəlincə, toy edən şəxs və ya restoran sahibi yaxşı pul verməlidir ki,  biz də Vergilər Nazirliyinə nəsə ödəyə bilək. Əks halda sərf etmir. Toy qiymətini qaldırmağıma gəlincə isə əvvəl 300 manat idisə, indi 400 olacaq.

Müğənni Kərim Abbasov:

Azərbaycan Respublikasının qanunu hər kəs üçün əsasdır. Mən 8 ildir vergi ödəyirəm. Toy qiymətində isə heç bir dəyişiklik yoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO