Dünən baş tutan parlament seçkilərininin ikin nəticələrinə görə Xalq artisti İlhamə Quliyeva həmkarı Aygün Kazımovadan bəhs edib.
Moderator.az-ın məlumatına görə, xalq artisti “10lar”x9da açıqlamasında Kazımovanı təkrar edənlərə iradını bildirib:
“Aygün mənim çox sevdiyim xanımdır, gözəl sənətkardır. Şou-biznesə gələndə möhürünü vurub. Tutuquşular var ki, onu təkrar edir. Aygünün elədiyi şeyi heç kim etməsin. Keçib yerlərində otursunlar. Aygün yaşa dolur, başqa həyat yaşayır. Onu hər dəfə müdafiə edirəm. O qılçıqsız balıqdır, heç kimlə işi yoxdur. Adam danışmayanda çıxıb başında oturarlar? Hərdən özünü müdafiə edir. Mən də özümü hər zaman müdafiə edirəm, yoxsa deyirlər ki, yedi. Mən yemirəm, yedizdirirəm. Heç vaxt icazə vermərəm ki, mənə söz atsınlar, üzümə baxıb, arxamca danışsınlar”x9d.



































































































