“Ermənistan sülhü qəbul etməkdə hələ də tərəddüd edir” - Elin Süleymanov

“Ermənistan sülhü qəbul etməkdə hələ də tərəddüd edir” - Elin Süleymanov

Hazırda oxunan: “Ermənistan sülhü qəbul etməkdə hələ də tərəddüd edir” - Elin Süleymanov

98558

“Azərbaycan və Ermənistan sülh sazişini müzakirə edərkən, bizim qərb tərəfdaşlarımız birbaşa danışıqları və sülh sazişinə doğru irəliləyişi təşviq etməlidirlər”.

Bizim.Media xəbər verir ki, bu fikirlər Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfiri Elin Süleymanovun “The Telegraph” qəzetində dərc edilən “Qafqazda sülhün bərpası” məqaləsində yer alıb.
 

MÖVZU İLƏ BAĞLI:

“Ermənistanın minalara xroniki aludəçiliyi var” – Elin Süleymanov 


“Ermənistanın öz yaxın tarixindən dərslər və sınaqlar açıq şəkildə göstərir ki, qonşularla davamlı sülhə üstünlük vermək yeganə düzgün seçimdir və bu şansı əldən vermək olmaz”, - deyə o, qeyd edib.

Məqalədə Ermənistanın Rusiyanın vasitəçiliyi ilə 2020-ci ilin noyabrında üçtərəfli bəyanatı imzalamasına baxmayaraq, hələ də öz öhdəliklərini yerinə yetirməkdə nəzərəçarpacaq irəliləyiş əldə etməkdə çətinlik çəkdiyi qeyd olunub:

“Ermənistanın yeni liderləri var. Bununla belə, sülhü qəbul etməkdə tərəddüdün əks-sədaları hələ də görünür. Təbii ki, bu, bütün regiona təsir edir, coğrafiyamız kimi talelərimiz də bir-birinə bağlıdır, sülh qonşuluqda yeganə variantdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO