Londondakı səfirliyimizə hücum edən 8 nəfər saxlanılıb

Londondakı səfirliyimizə hücum edən 8 nəfər saxlanılıb

Hazırda oxunan: Londondakı səfirliyimizə hücum edən 8 nəfər saxlanılıb

87044

Azərbaycanın Londondaki səfirliyinə hücumla bağlı 8 nəfər saxlanılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə London polisi məlumat yayıb. 

Bildirilib ki, hadisə zamanı xəsarət alan olmayıb, faktla bağlı araşdırma davam edir. 

Polisin məlumatında bildirilir ki, onlar yerli vaxtla saat 16:30 radələrində bir qrup etirazçının səfirlik binasına daxil olması barədə məlumat aldıqdan sonra hadisə yerinə gediblər.

8 nəfər səfirlik binasına qanunsuz daxil olmaqda və binaya zərər vurmaqda şübhəli bilinərək saxlanılıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanın Londondakı səfirliyinə hücum - XİN-dən RƏSMİ AÇIQLAMA


Qeyd edək ki, 4 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb. Səfirliyin binasına daxil olan qruplaşma üzvləri Azərbaycan bayrağını binanın qarşısından qaldırıblar.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO