Londondakı səfirliyimizə bu radikal dini qruplaşma HÜCUM EDİB - VİDEO

Londondakı səfirliyimizə bu radikal dini qruplaşma HÜCUM EDİB - VİDEO

Hazırda oxunan: Londondakı səfirliyimizə bu radikal dini qruplaşma HÜCUM EDİB - VİDEO
87027
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, hücuma görə məsuliyyəti şiə ekstremist təşkilatı olan "Mehdi Qulluqçuları Birliyi" - Küveytdən olan mühacirlər öz üzərinə götürüb. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanın Londondakı səfirliyinə hücum - XİN-dən RƏSMİ AÇIQLAMA


Qeyd edək ki, 2004-cü ildə Londonda yaradılan sözügedən radikal qruplaşmanın lideri küveytli Yaser Əl-Həbibidir.

Yaser Əl-Həbibi Küveytdə radikal sağçılara yaxınlığı ilə bilinir. O, İran hökumətinə qarşı düşmənçiliyi ilə seçilir. Həmçinin, Yaser Əl-Həbibi İranın Ali Dini Rəhbəri Əli Xamneyinin dini etimadnaməsini də qəbul etmir.

Qeyd edək ki, 2018-ci il martın 10-da dəyənək və xəncərlərlə silahlanmış qrupun 4 üzvü Hüseyn Əlinin həbsinə etiraz olaraq İranın Londondakı səfirliyinə hücum ediblər. Qrup büdcəsi 15 milyon dollar olan "Cənnətin xanımı" (2021) bədii filminin istehsalını maliyyələşdirib.

Həmçinin, onların "Fədak" adlı peyk televiziyası var.

Oral Mədənçi, Bizim.Media

Londondakı səfirliyimizə bu radikal dini qruplaşma HÜCUM EDİB - VİDEO - foto 1

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO