Ərdoğanla Putin Moskva görüşünü müzakirə etdi

Ərdoğanla Putin Moskva görüşünü müzakirə etdi

Hazırda oxunan: Ərdoğanla Putin Moskva görüşünü müzakirə etdi

8360

Rusiya prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı 11 yanvarda Moskvada keçirilən üçtərəfli görüş barədə məlumatlandırıb.

Bizim.Media “RİA Novosti”yə istinadla xəbər verir ki, Putinlə Ərdoğan arasında telefon danışığı baş tutub. 

Ərdoğan Putinə Rusiya Federasiyasının Qarabağ münaqişəsinin həlli yolunda səylərini dəstəklədiyini bildirib. O, Rusiya ilə Türkiyə arasında fəaliyyət koordinasiyasının davam etdirilməsinin tərəfdarı olduğunu vurğulayıb.

Liderlər həmçinin atəşkəsə və Qarabağdakı bütün döyüş əməliyyatlarına nəzarət etmək üçün Rusiya-Türkiyə mərkəzinin qurulmasını müzakirə ediblər.

Bundan əlavə iki ölkə arasında peyvəndlərin birgə istehsalı və istifadəsi üzrə əməkdaşlıq planlarının icrası da daxil olmaqla, pandemiya ilə mübarizə problemlərinin həlli istiqamətində danışıqlar aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO