Azərbaycan və Paraqvay XİN-ləri arasında SİYASİ MƏSLƏHƏTLƏŞMƏLƏR

Azərbaycan və Paraqvay XİN-ləri arasında SİYASİ MƏSLƏHƏTLƏŞMƏLƏR

Hazırda oxunan: Azərbaycan və Paraqvay XİN-ləri arasında SİYASİ MƏSLƏHƏTLƏŞMƏLƏR

73878

Latın Amerikası dövlətlərinə səfəri çərçivəsində xarici işlər nazirinin müavini Elnur Məmmədov Paraqvayın xarici işlər naziri Xulio Ariola ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, görüşdə ölkələrimiz arasında əlaqələrin səviyyəsi yüksək qiymətləndirilib, Azərbaycan -Paraqvay arasında aparılan siyasi dialoqun vacibliyi vurğulanıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan və Braziliya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirildi - FOTO


Müxtəlif istiqamətlərdə, o cümlədən energetika, kənd təsərrüfatı və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün mövcud imkanlar müzakirə edilib.

Azərbaycan tərəfi Paraqvayın ölkəmizin ərazi bütövlüyünün və suverenliyi ardıcıl və davamlı şəkildə dəstəklədiyini görə təşəkkür ifadə edib.

Həmçinin, Azərbaycan və Paraqvay arasında beynəlxalq təşkilatlar çərçivəsində tərəfdaşlıq və qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Paraqvayın paytaxtı Asunsyon şəhərində Azərbaycan Xarici İşlər Nazirliyi ilə Paraqvay Xarici İşlər Nazirliyi arasında ilk dəfə olaraq siyasi məsləhətləşmələr keçirilib.
Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Elnur Məmmədov, Paraqvay tərəfindən isə bu ölkənin xarici işlər nazirinin müavini Raul Rikyardi rəhbərlik etdiyi nümayəndə heyətləri siyasi məsləhətləşmələr zamanı ikitərəfli münasibətlərin mövcud vəziyyəti, habelə siyasi, iqtisadi, enerji, kənd təsərrüfatı və humanitar sahələrdə qarşılıqlı tərəfdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.

Bununla yanaşı, tərəflər regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq perspektivlərinin inkişafına dair fikir mübadiləsi aparıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO