Xarici işlər nazirinin müavini İƏT-in baş direktoru ilə görüşdü

Xarici işlər nazirinin müavini İƏT-in baş direktoru ilə görüşdü

Hazırda oxunan: Xarici işlər nazirinin müavini İƏT-in baş direktoru ilə görüşdü

66184

Xarici işlər nazirinin müavini Elnur Məmmədov İslamabadda keçirilən İƏT Xarici İşlər Nazirləri Şurasının 48-ci iclası çərçivəsində Qida Təhlükəsizliyi üzrə İslam Təşkilatının (IOFS) baş direktoru Yerlan Baidaulet ilə görüşüb.

Bu barədə Bizim.Media-ya Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib.

Görüş əsnasında Yerlan Baidaulet rəhbərlik etdiyi qurumun fəaliyyəti və həyata keçirdiyi proqramlar haqqında məlumat verib.

Bu xususda, o, Azərbaycan Respublikasının İƏT çərçivəsində həyata keçirilən layihələrə verdiyi töhfələri yüksək qiymətləndirərək göstərilən xüsusi dəstəyə görə ölkəmizə təşəkkürünü çatdırıb.

E.Məmmədov Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatına daima xüsusi önəm verdiyini, ölkəmizin bu qurumda fəal rol oynadığını həmsöhbətinin diqqətinə çatdıraraq Qida Təhlükəsizliyi üzrə İslam Təşkilatının fəaliyyətinə dair ətraflı məlumatın verildiyinə görə təşəkkürünü bildirib. 

Qida təhlükəsizliyinin təmin olunmasının önəmindən söz açan E.Məmmədov Azərbaycan Respublikasında bu istiqamətdəki fəaliyyətin ölkə rəhbərliyi tərəfindən daim diqqətdə saxlanıldığını xüsusi vurğulayıb. 
Nazir müavini qida təhlükəsizliyi ilə bağlı İƏT üzv ölkələri arasında qarşılıqlı dialoqun aparılmasının böyük əhəmiyyət kəsb etdiyini də diqqətə çatdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO