
- A-
- A
- A+
Siyasət
13:34 / 11.05.2023
1 dəq oxunma
Azərbaycan İsrail şirkətləri ilə yeni optik müşahidə peyk layihələrinin icrasına başlayıb
Hazırda oxunan: Azərbaycan İsrail şirkətləri ilə yeni optik müşahidə peyk layihələrinin icrasına başlayıb
635520
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyinin ("Azərkosmos") İsrail şirkətləri ilə birgə yeni optik müşahidə peyk layihələrinin icrasına başlayıb.
Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyinin ("Azərkosmos") İdarə Heyətinin sədri Saməddin Əsədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Kosmik fəaliyyət haqqında" Qanun layihəsinin müzakirəsi zamanı deyib.
S. Əsədov Azərbaycanın çox yüksək ayırdetməli peyklərinin olacağını qeyd edib:
“Bu bizim təhlükəsizliyimizin və müdafiə gücümüzün artırılmasına xidmət edəcək. “Azersky 2” layihəsi üzrə ilk peyki 2025-ci ildə orbitə buraxmağı düşünürük. Böyük ehtimalla peyklərin orbitə buraxılması üçün yenə də xarici şirkətlərdən istifadə edəcəyik. Çünki hazırda Azərbaycan üçün öz peyklərini hazırlamaq çətin mövzudur.
Yaxın gələcəkdə bu mümkün görsənmir. Amma ilkin mərhələdə peyklərin hazırlanması və içinin yığılması ilə məşğul olacağıq”.
Onun sözlərinə görə, 2027-ci ildə yerli mütəxəssislər tərəfindən peyklərin hazırlanıb orbitə buraxılması nəzərdə tutulub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün
Dünən




























































































