Paşinyandan parlamentdəki davaya REAKSİYA “Lazım gəlsə, o deputatın əlini sındıracağıq”

Paşinyandan parlamentdəki davaya REAKSİYA “Lazım gəlsə, o deputatın əlini sındıracağıq”

Hazırda oxunan: Paşinyandan parlamentdəki davaya REAKSİYA “Lazım gəlsə, o deputatın əlini sındıracağıq”
644931
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 29-da parlamentdə hakim “Vətəndaş Müqaviləsi” partiyasının deputatları ilə müxalif “Güclü Ermənistan” blokunun nümayəndələri arasında baş verən davaya münasibət bildirib.

Bizim.Media xəbər verir ki, Paşinyan jurnalistlərlə söhbətində deputata zərbə vurmaq istəyənlərin əllərini sındıracaqlarını deyib.

“Hadisənin necə başladığını gördüm. Kimsə deputata zərbə vurmaq və ya başqa bir hərəkət etmək üçün əlini uzada biləcəyini düşünürsə, biz o əli sındıracağıq. Bunu açıq deyirəm. Lazım gəlsə, stulla sındıracağıq. Qoy yerlərini bilsinlər. Hər şeyin bir həddi var”, – deyə Paşinyan bildirib.

Baş nazir əlavə edib ki, bundan sonra müxalifət nümayəndələri belə davrandıqca, eyni reaksiyanı alacaqlar.

Xatırladaq ki, oktyabrın 29-da Ermənistan parlamentində “Vətəndaş Müqaviləsi” partiyası ilə “Güclü Ermənistan” bloku deputatları arasında sözlü mübahisə əlbəyaxa davaya çevrilib.

Qarşıdurma zamanı parlament sədrinin müavini Vaaqn Aleksanyan müxalifət nümayəndələrinə stul atıb. “Güclü Ermənistan” blokunun deputatı Andranik Gevorqyanın burnu qanayıb, Ruben Mxitaryanın isə paltarı cırılıb. Hadisə yerinə təcili tibbi yardım briqadası gəlib.

Parlamentin spikeri Ruben Rubinyan əvvəlcə bir neçə dəqiqə davanı izləyib, daha sonra fasilə elan edərək mühafizə xidmətini çağırıb. Deputatlar mübahisəni dəhlizdə davam etdiriblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO