Azərbaycan Türkiyə və Rusiyanı geridə qoydu – Gürcüstanda gözlənilməz VƏZİYYƏT

Azərbaycan Türkiyə və Rusiyanı geridə qoydu – Gürcüstanda gözlənilməz VƏZİYYƏT

Hazırda oxunan: Azərbaycan Türkiyə və Rusiyanı geridə qoydu – Gürcüstanda gözlənilməz VƏZİYYƏT
644910
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Gürcüstandan xarici ölkələrə pul köçürmələrinin həcmində Azərbaycan ilk yerdə qərarlaşıb. Belə ki, 2026-cı ilin yanvar-sentyabr aylarında Gürcüstandan Azərbaycana 57 milyon dollar vəsait köçürülüb.

Bu barədə Gürcüstan Milli Bankının açıqladığı statistikada bildirilib.

Məlumata əsasən, Gürcüstandan xaricə pul köçürmələrinin ümumi həcmi 2026-cı ilin ilk doqquz ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,8 faiz artıb. Belə ki, hesabat dövründə xarici ölkələrə ümumilikdə 322,4 milyon dollar göndərilib. 2025-ci ilin eyni dövründə bu göstərici 301,7 milyon dollar olub.

Gürcüstandan ən çox pul köçürülən ölkələr arasında Azərbaycan 57 milyon dollarla birinci yerdə qərarlaşıb. Türkiyə 53,9 milyon dollarla ikinci, Rusiya 29,9 milyon dollarla üçüncü olub.

Qeyd edək ki, Azərbaycan Gürcüstandan pul köçürmələrinin həcminə görə Türkiyə və Rusiya kimi ölkələri geridə qoyaraq birinci yerdə qərarlaşıb.

Bəs, Gürcüstanın bu göstərici üzrə birinci yerə çıxmasının səbəbi nədir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı Natiq Cəfərli deyib ki, vəziyyətin belə dəyişməsinin səbəbi azərbaycanlıların Gürcüstanda daha çox iqtisadi dəyər yaratmasıdır:

“Son illər daha çox azərbaycanlı Gürcüstanda biznes qurub. Həmçinin qonşu ölkəyə işləməyə gedənlərin də sayı artıb. Üstəlik, Gürcüstanda 400 min civarında soydaşımız var. Əvvəllər Azərbaycandan Gürcüstandakı qohumlara daha çox pul göndərilirdi. İndi isə Gürcüstanda gəlirlilik səviyyəsi  və iqtisadi inkişaf xeyli artıb. Ona görə də artıq Gürcüstanda yaşayanlar Azərbaycanda yaşayanlara daha çox pul köçürməyə başlayıblar. Bu səbəbdən də mənzərə bu qədər dəyişib”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO