Prezidentin Təhlükəsizlik Şurasının iclasındakı çıxışı ABŞ mediasının diqqət mərkəzində - FOTO

Prezidentin Təhlükəsizlik Şurasının iclasındakı çıxışı ABŞ mediasının diqqət mərkəzində - FOTO

Hazırda oxunan: Prezidentin Təhlükəsizlik Şurasının iclasındakı çıxışı ABŞ mediasının diqqət mərkəzində - FOTO
599931
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ-nin aparıcı media orqanları İrana məxsus dronların Naxçıvana hücumu və Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasında səsləndirdiyi fikirlərə geniş yer verib.

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, CNN yazıb ki, Azərbaycan Prezidenti İlham Əliyev dron hücumlarını terror aktı, çirkin və qorxaq əməl adlandırıb.

“Bunu törədənlər dərhal məsuliyyətə cəlb edilməlidir. Azərbaycan tərəfinə İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir və bu terror aktını törədənlər cinayət məsuliyyətinə cəlb edilməlidir” - deyə CNN Prezident İlham Əliyevin fikirlərinə istinad edərək yazıb.

Qeyd olunub ki, Azərbaycan Prezidentinin göstərişi ilə Silahlı Qüvvələrə təlimat verilib ki, cavab tədbirləri hazırlansın və həyata keçirilsin.
 

“Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirmək?! Bu ləkə onların çirkin və eybəcər simasından heç vaxt silinməyəcək” - deyə yazıda Prezident İlham Əliyevin fikirləri qeyd olunub.


“Associated Press” Prezident İlham Əliyevin İranı terror və təcavüz aktında günahlandırdığını yazıb. Qeyd olunub ki, Azərbaycan Ordusuna cavab tədbirləri görməyə hazırlaşmaq əmri verilib.

“ABC News”, “CBS News”, “Fox News” və digər aparıcı media orqanları mövzunu günün əsas xəbəri kimi işıqlandırıb.

Prezidentin Təhlükəsizlik Şurasının iclasındakı çıxışı ABŞ mediasının diqqət mərkəzində - FOTO - foto 1
Prezidentin Təhlükəsizlik Şurasının iclasındakı çıxışı ABŞ mediasının diqqət mərkəzində - FOTO - foto 2
Prezidentin Təhlükəsizlik Şurasının iclasındakı çıxışı ABŞ mediasının diqqət mərkəzində - FOTO - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO