Serb diplomatlar İrandan Azərbaycana təxliyə olunacaq - Vuçiç

Serb diplomatlar İrandan Azərbaycana təxliyə olunacaq - Vuçiç

Hazırda oxunan: Serb diplomatlar İrandan Azərbaycana təxliyə olunacaq - Vuçiç
599015
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Serbiyanın Tehrandakı səfirliyi birbaşa hücum hədəfi olmayıb, lakin bina qəlpələrin düşməsi nəticəsində zədələnib.

Bizim.Media xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç bəyan edib.
 

"Zərbələrdən biri Bəsicin bazasına endirilib. Qəlpələr bizim səfirliyimizə ziyan vurub. İrandakı diplomatlarımıza gəlincə, bu gün personalımız Azərbaycan istiqamətində təxliyə olunacaq", - Vuçiç deyib. 


Dövlət başçısı Serbiya səfirinin müvəqqəti olaraq Azərbaycana yollanacağını, lakin sonra Tehrana qayıdacağını dəqiqləşdirib.

Vuçiç əlavə edib ki, region üzrə ən çox Serbiya vətəndaşı Birləşmiş Ərəb Əmirliklərindədir və onlar ilk fürsətdə təxliyə olunacaqlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO