Laçında Həkəri çayı üzərindən körpünü kim tikir? - Ə.Verdiyev və T.Zülfüqarovdan FƏRQLİ CAVABLAR

Laçında Həkəri çayı üzərindən körpünü kim tikir? - Ə.Verdiyev və T.Zülfüqarovdan FƏRQLİ CAVABLAR

Hazırda oxunan: Laçında Həkəri çayı üzərindən körpünü kim tikir? - Ə.Verdiyev və T.Zülfüqarovdan FƏRQLİ CAVABLAR

57536

Laçın dəhlizinə alternativ yolun Həkəri çayı üzərindən çəkilən körpüsü artıq inşa edilməyə başlayıb. İnşa işlərinin fotosu və informasiyanı sosial şəbəkələrdə ilk paylaşan isə hərbi ekspert Ədalət Verdiyevdir:

“Körpünü Azərbaycan şirkətləri inşa edir. İkinci bir tərəfdən, hazırda rusların nəzarətinə verdiyimiz Laçın dəhlizini Laçın rayon mərkəzinin və çox sayda yaşayış məntəqələrinə Azərbaycanın inşaat-bərpa işləri həyata keçirtməyə imkan vermir”. 

Bizim.Media-ya ilə özəl dialoq zamanı Ədalət Verdiyev əlavə edib ki, bu səbəbdən Azərbaycan ilk üçtərəfli bəyanat zamanı (2020 10 noyabr) sənəddə Laçın koridoruna alternativ dəhlizin 3 ildə istifadəyə veriləcəyinə imza atıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Laçın dəhlizinə alternativ yolun tikintisindən GÖRÜNTÜLƏR 


Yəni, Azərbaycan bunu öhdəlik kimi üzərinə götürüb və tərəflər də razılaşıb:

“Körpünün inşaatına daha əvvəl başlamışdıq. Lakin Ermənistan tərəfi Zəngəzur dəhlizi və digər sərhəd təyin edilmə prosesinə kifayət qədər soyuq yanaşdığına, işləri ləngitdiyinə görə Azərbaycan da bu inşaatı dayandırmışdı. Son günlərdə isə cənab Prezident də vurğulamışdı ki, Ermənistandan müsbət siqnallar alınır”.

Hərbi ekspertin fikrincə, sözügedən müsbət siqnallar dəhlizlərin, kommunikasiyaların açılması, dəmiryol xəttinin, avtomobil yolları ilə bağlı müzakirələrin davam etməsi, sərhəd delimitasiyası və sülh sazişinə aiddir. Azərbaycanın inşasını bərpa etdiyi körpü Laçından Xankəndinə nəzərdə tutulub və bu yoldan ermənilər də istifadə edə biləcək. 

Müxtəlif erməni və rus KİV isə bu körpünü rus sülhməramlıların inşa etdiyini tirajlayıb. Ədalət Verdiyevin də dediyi kimi, “hərə bir söz yazacaq, amma körpünü Azərbaycan inşa edir”.

Məsələnin siyasi tərəflərini sabiq xarici işlər naziri Tofiq Zülfüqarovla qabartdıq. O, əsas problem kimi Qarabağda yaşayan ermənilərin bircə seçiminin olmamasını göstərib. Yəni, rus sülhməramlılar Qarabağda əbədi qalmayacaq və axır-əvvəl Qarabağ erməniləri Azərbaycan vətəndaşlığını seçməli olacaqlar. Əlbəttə ki, söhbət Qarabağda yaşamaq istəyən ermənilərdən gedir. 

- Amma bir məsələ var ki, körpü inşası sülhməramlı missiyanın vəzifələrinə daxil deyil.

“Deyəcəklər ki, sülhməramlı əməliyyatların daha yaxşı kommunikasiya olunması üçün özümüz üçün tikirik. Yaxud köhnə körpünün savaşda zərbələrə görə bərbad vəziyyətə düşdüyünü bəhanə edib, “təzələyirik” deyəcəklər. Bu şəkildə söhbətlər ola bilər”.   

- 44 günlük savaşdan əvvəl İran da Qarabağa ermənilərlə birgə körpü inşa edirdi. Amma sonra o tikili də Azərbaycana qaldı. İndi Laçında rus sülhməramlılarının inşa etdiyi iddia olunan yol və körpülər də gələcəkdə Azərbaycana qalmayacaqmı?

“Bəli, bizə qalacaq. Buna heç kəsin şübhəsi olmasın. Nə tikirlər hamısı bizə qalacaq. Özləri də (ermənilər) istifadə edə bilərlər, ancaq bu, Azərbaycan dövlətinin tərkibində mümkündür”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO