“Milli Şuranın bir çadır altında birləşmə ehtimalı sıfıra bərabərdir”

“Milli Şuranın bir çadır altında birləşmə ehtimalı sıfıra bərabərdir”

Hazırda oxunan: “Milli Şuranın bir çadır altında birləşmə ehtimalı sıfıra bərabərdir”

50202
Hərbi ekspert Yaşar Cəfərli bir neçə gün öncə belə bir təkliflə çıxış edib ki, Milli Şuradakı bütün qüvvələr bir partiyada birləşsələr parlament seçkilərində ciddi uğur qazana bilərlər. Belə bir ehtimalın reallaşması neçə faizdir? Mehman Əliyev də 3 gün öncə Moderator.az-a müsahibəsində artıq Milli Şura ideyasının ilasa uğradığını etiraf edib, Siz onun pessimizmini bölüşürünüzmü?

Moderator.az bu suallar yağışıyla Milli Şuranın ən sanballı üzvlərindən biri, ehtiyatda olan ədliyyə generalı Vidadi Mirkamala üz tutub və aşağıdakı cavabı alıb:

“Milli Şuranın unikallıgı odur ki,burada həm partiya mənsubiyyəti olanlar,həm də müstəqil ziyalılar,tərəfsiz gənclər təmsil olunur. Şəxsən mən indiyədək heç bir partiyanın üzvü olmamışam və belə bir fikrim də yoxdur. Mənim kimilər MŞ-da çoxdur. Ona görə MŞ-nın gələcəkdə bir çadır altında birləşmə ehtimalı sıfıra bərabərdir. O ki, qaldı MŞ ideyasının iflasa ugraması haqda M.Əliyevin fikirlərinə, bunu əlbəttə, Mehman bəyin özü daha yaxşı izah edərdi. Amma mənim düşüncəmə görə beyinlərdə olan klassik MŞ artıq yoxdur. Kifayət qədər insan bu və ya digər səbəbdən onun sıralarını tərk edib. Amma siz mənə hazırda müxalifət düşərgəsində bu qədər gücləri və insanları birləşdirən bir qurum göstərə bilərsinizmi? Bu vəziyyətdə də MŞ haqsızlıga, siyasi repressiyalara, korrupsiyaya qarşı ardıcıl mübarizə aparır və öz səsini ucaldır. MŞ qədər hakimiyyətin repressiyasına ugrayan 2-ci bir qurum tanıyırsınızmı? Bütün bunlara görə MŞ ideyasının iflasa ugramasından danışmaq bir az tez, bir az da insafsız fikirlərdir.”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO