Sahibə Qafarova rusiyalı həmkarı ilə nələri müzakirə etdi? – SPİKERLƏR GÖRÜŞDÜ

Sahibə Qafarova rusiyalı həmkarı ilə nələri müzakirə etdi? – SPİKERLƏR GÖRÜŞDÜ

Hazırda oxunan: Sahibə Qafarova rusiyalı həmkarı ilə nələri müzakirə etdi? – SPİKERLƏR GÖRÜŞDÜ

41495

Rusiyada səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.

Bizim.Media xəbər verir ki, görüş zamanı O, Azərbaycanla Rusiya arasında münasibətlərin inkişafından məmnunluğunu ifadə edərək, əlaqələrimizin hazırki səviyyəyə çatmasında qanunverici orqanlar arasında münasibətlərin rolunu da qeyd edib.

Milli Məclisin sədri Sahibə Qafarova Üçüncü Avrasiya Qadın Forumunun yüksək səviyyədə təşkil olunduğunu bildirib, belə forumları gender məsələlərini, həmçinin parlamentlərarası əməkdaşlığın perspektivlərini müzakirə etmək baxımından imkan kimi dəyərləndirib.

O, Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlığa əsaslanan münasibətlərin müxtəlif sahələrdə inkişaf etdiyini vurğulayaraq, əlaqələrimizin inkişafında iki ölkənin dövlət başçılarının rolunu xüsusi vurğulayıb, Prezident İlham Əliyevin və Prezident Vladimir Putinin mütəmadi rəsmi səfərlərinin ikitərəfli əlaqələrin inkişafında mühüm əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Üçüncü Avrasiya Qadın Forumunda iştirak etmək üçün Rusiya Federasiyasında səfərdədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO