Ərəstun Oruclu Milli Şurayla əməkdaşlığa hazır olduğunu elan etdi

Ərəstun Oruclu Milli Şurayla əməkdaşlığa hazır olduğunu elan etdi

Hazırda oxunan: Ərəstun Oruclu Milli Şurayla əməkdaşlığa hazır olduğunu elan etdi
30227
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Artıq Milli Şuranın bu günki toplantısında vahid namizədini müəyyənləşdirəcəyi yəqinləşib. Bəs Milli Şurada təmsil olunmayan müxalifyönümlü şəxslər bu qurumla hər hansı bir əməkdaşlığı nəzərdə tuturmu?

Moderator.az-ın sualını cavablandıran Şərq-Qərb araşdırmalar mərkəzinin rəhbəri, prezidentliyə namizəd Ərəstun Oruclunun sözlərinə görə o müxalifət birlikləri ilə əməkdaşlıq etməyə hazırdır: 

“Mən dünən seçki platformamı açıqlayanda bütün məsələlərin danışıq yolu ilə həll olunacağını əsas prioritet kimi göstərdim. Eyni zamanda Qarabağ probleminin əsas həll variantı kimi  danışıqlar yolunu önə çəkmişəm. Siyasətçilər 2 qrupa bölünür: müharibə və sülh partiyasında olanlar. Mən sülh partiyasını təmsil edirəm. Mən əminəm ki, bütün məsələləri sülh, danışıq yolu ilə həll olunması daha doğru variantdır. Əgər torpaqlarımızı işğal edən ermənilərlə danışıq tərəfdarıyamsa deməli, öz həmvətənlərimlə danışıq, dialoq tərəfdarı olmağıma heç bir şübhə ola bilməz. Mən dünən mətbuat konfransında Qarabağla bağlı məsələdə Azərbaycanın geri çəkilmək imkanının olmadığını bəyan etmişdim. Amma daxildə, bu iqtidara qarşı müxalif olan qurumlarla istənilən halda əməkdaşlığın perspektivlərini müzakirə etmək olar. Mənim əsas şərtlərimdən biri də vahid namizəd olan şəxsin güvənilən biri olmasıdır”. 

 

Xəyal Əzizov


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO