Azərbaycanda inflyasiya ilə bağlı yeni PROQNOZ

Azərbaycanda inflyasiya ilə bağlı yeni PROQNOZ

Hazırda oxunan: Azərbaycanda inflyasiya ilə bağlı yeni PROQNOZ
644875
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Mərkəzi Bankı (AMB) 2026-cı il üzrə inflyasiya proqnozunu azaldıb, 2027-ci il üzrə isə yüksəldib.

Bizim.Media xəbər verir ki, bu barədə AMB-nin faiz dəhlizinin parametrlərinə dair açıqlamasında bildirilib.

Yenilənmiş oktyabr proqnozlarına görə, illik inflyasiyanın həm 2026-cı ilin, həm də 2027-ci ilin sonunda 5,9% olacağı gözlənilir.

İyul proqnozu ilə müqayisədə 2026-cı il üzrə gözlənti 0,2 faiz bəndi azaldılıb, 2027-ci il üzrə isə 0,1 faiz bəndi artırılıb. Beləliklə, əvvəlki proqnozlar müvafiq olaraq 6,1% və 5,8% olub.

Mərkəzi Bank bildirib ki, baza ssenari üzrə proqnozlar dövlət tərəfindən tənzimlənən qiymət və tariflərin sabit qalmasını nəzərdə tutur.

İnflyasiya riskləri əsasən beynəlxalq mühitlə bağlıdır. Qlobal geosiyasi qeyri-müəyyənlik fonunda enerji və ərzaq qiymətlərinin artması, eləcə də bu artımın əsas ticarət tərəfdaşları vasitəsilə daxili qiymətlərə ötürülməsi riski əhəmiyyətli olaraq qalır.

Qeyd edək ki, sentyabrda illik inflyasiya avqustla müqayisədə 0,2 faiz bəndi azalaraq 5,5%, illik baza inflyasiya isə 4,9% təşkil edib. AMB-nin inflyasiya hədəfi 4±2%-dir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO