Şahmar Ələkbərovun nəvəsi Hollivudda məşhur aktrisa ilə eyni səhnədə yer aldı - VİDEO

Şahmar Ələkbərovun nəvəsi Hollivudda məşhur aktrisa ilə eyni səhnədə yer aldı - VİDEO

Hazırda oxunan: Şahmar Ələkbərovun nəvəsi Hollivudda məşhur aktrisa ilə eyni səhnədə yer aldı - VİDEO
644883
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xalq artisti, əfsanəvi aktyor və rejissor Şahmar Ələkbərovun nəvəsi, aktyor Eldar İsgəndərov dünya şöhrətli aktrisa Culianna Murla eyni filmdə çəkilib.

Bizim.Media Sfera.az-a istinadən xəbər verir ki, azərbaycanlı aktyor ABŞ-nin Savannah şəhərində keçirilən SCAD Savannah Film Festivalında diqqət çəkən simalardan biri olub.

Festivalın dördüncü günündə Culianna Mur kino sahəsindəki fəaliyyətinə görə “Icon Award” mükafatına layiq görülüb.

Mükafatlandırma zamanı Eldar İsgəndərov da aktrisanın yanında səhnədə olub. Culianna Murun sosial şəbəkədə paylaşdığı görüntüdə azərbaycanlı aktyoru da qeyd etməsi diqqət çəkib.

E. İsgəndərovun sözlərinə görə, Culianna Murla eyni layihədə iştirak etmək onun üçün inanılmaz təcrübə olub. Aktyor bildirib ki, Mur onu filmə cəlb edib və çəkiliş prosesi son dərəcə əyləncəli keçib. O, çəkiliş atmosferini yay düşərgəsinə bənzədib.

Eldar İsgəndərovun adı daha əvvəl də “Club Kid” filmi ilə gündəmə gəlib. Ekran işi Kann Film Festivalı ətrafında müzakirə olunan filmlər sırasında yer alıb.

Qeyd edək ki, SCAD Savannah Film Festivalının dördüncü günü çərçivəsində keçirilən tədbirlərdə Culianna Murla yanaşı, Gemma Çan və Set Rogen kimi tanınmış simalar da iştirak ediblər. Festival tələbələrə aktyorlarla görüşmək, ustad dərslərində iştirak etmək və kino sənayesinin peşəkarlarından təcrübə öyrənmək imkanı yaradıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO