Səbinə Əliyeva Ermənistan Ombudsmanının bəyanatına etiraz edib

Səbinə Əliyeva Ermənistan Ombudsmanının bəyanatına etiraz edib

Hazırda oxunan: Səbinə Əliyeva Ermənistan Ombudsmanının bəyanatına etiraz edib

29533

Bu günlərdə Ermənistan Ombudsmanının Milli İnsan Hüquqları İnstitutu qismində BMT-nin İnsan Hüquqları Şurasınının 47-ci sessiyasında səsləndirdiyi bəyanata Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən etiraz olunub.

Bu barədə Bizim.Media-ya Ombudsman Aparatından məlumat verilib.

Erməni Ombudsmanının beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədilə Ermənistan Azərbaycan münaqişəsi ilə bağlı həqiqəti əks etdirməyən, siyasi sifarişli, qərəzli bəyanatına etiraz olaraq Müvəkkil BMT-nin Milli İnsan Hüquqları İnstitutları ilə iş üzrə xüsusi bölməsinə ünvanladığı məktubunda BMT-nin İnsan Hüquqları Şurasında müstəqil milli insan hüquqları institutları üçün ayrılan tribunadan qərəzli məqsədlər üçün istifadə edilməsinə yol verilməməsinin vacibliyini vurğulayıb.

BMT Baş Assambleyasının milli insan hüquqları institutlarının statusu ilə bağlı 1993-cü ildə qəbul etdiyi Paris Prinsiplərinin universal prinsiplər olmasını və həmin prinsiplərin bu institutların müstəqil və qərəzsiz fəaliyyətini müəyyənləşdirdiyini vurğulayan Azərbaycan Ombudsmanı Ermənistan hökümətinin siyasi propaqanda vasitəsinə çevrilən Ermənistan Ombudsman İnstitutunun Paris Prinsiplərinə uyğun olmadığını və müstəqil fəaliyyət göstərmədiyini əsas gətirərək bu institutun BMT nəzdində yenidən akkreditasiyadan keçirilməsi və statusunun aşağı salınması məsələsini irəli sürüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO