Amerika Yəhudi Komitəsindən erməni din xadimlərinə RƏDD CAVABI – Allahşükür Paşazadə açıqladı 

Amerika Yəhudi Komitəsindən erməni din xadimlərinə RƏDD CAVABI – Allahşükür Paşazadə açıqladı 

Hazırda oxunan: Amerika Yəhudi Komitəsindən erməni din xadimlərinə RƏDD CAVABI – Allahşükür Paşazadə açıqladı 

26965

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə bu gün KAİCİİD Beynəlxalq Dialoq Mərkəzinin Direktorlar Şurasının növbədənkənar sessiyasında iştirak edib. 

QMİ-nin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, dünyanın ən nüfuzlu beynəlxalq hökumətlərarası təşkilatlarından olan KAİCİİD-in 9 nəfərlik Direktorlar Şurasında yer alan müsəlman dini lider Şeyxülislam Allahşükür Paşazadə onlayn sessiyada çıxış edib. 

QMİ sədri deyib ki, dünya dinlərinin təmsil olunduğu Mərkəz olaraq KAİCİİD-in dini məkanların təhqir edilməsi hallarına olduğu kimi, bütün dinlərdə müqəddəs sayılan insan həyatına qəsd hallarına öz birmənalı münasibətini bildirməsi arzu olunandır. 

KAİCİİD Beynəlxalq Dialoq Mərkəzinin Əsasnaməsində siyasətə qarışmamaq barədə müddəanı xatırladan Şeyxülislam A. Paşazadə qeyd edib ki, baş verən hər hansı zorakılıq hallarında qətl edilən uşaqlar, qocalar varsa, bu siyasi məsələdir və dinə aidiyyəti yoxdur demək, laqeydliklə susmaq düzgün olmaz.

Azərbaycanın dini lideri mülki şəxslərə qarşı törədilən hər hansı terror və ekstremist aktlarını, nifrətə çağırışları, xüsusilə də insan tələfatı ilə nəticələnən əməllərin dini və ya qeyri-dini mahiyyəti üzrə təsnif edilməsinin əleyhinə çıxış edərək, KAİCİİD-in motivasiyasından asılı olmayaraq zorakılıq faktlarına dair münasibətin bildirilməsinin məqsədəuyğun olduğuna diqqəti çəkib. Şeyxülislam A. Paşazadə bunu onunla əsaslandırdı ki, din xadiminin, dini liderin borcu müqəddəs dəyər olan insan həyatının və mənəvi dəyərlərin qorunmasıdır. Bu baxımdan, QMİ sədri KAİCİİD-in yalnız dinlər deyil, mədəniyyətlər arası, yəni toplumlar arası dialoq üzrə ixtisaslaşmasına uyğun olaraq təkcə dini deyil, bəşəri əhəmiyyətli humanitar məsələlərə öz münasibətini bildirməsini məqsədə müvafiq və zəruri hesab edib. 

Bu əsnada çıxış edən Amerika Yəhudi Komitəsinin Dinlərarası məsələlər üzrə beynəlxalq direktoru Baş Ravvin David Rosen ölkəsində olan erməni din xadimlərinin ona müraciət edərək, işğaldan azad olunmuş Azərbaycan torpaqlarında guya erməni dini abidələrinin dağıdılması barədə məlumatlar verməsi və buna dair bəyanat verməyə təhrik etdiklərini onlayn sessiya iştirakçılarının diqqətinə çatdırdı.

David Rosen qeyd edib ki, onun bu məsələyə dair hər hansı bəyanat verməkdən imtinasının səbəbi həmin məlumatların həqiqəti əks etdirmədiyini, heç də dini təəssüb deyil, siyasi mahiyyət daşıdığını fərq etməsi olub.

Belə ki, D. Rosen Direktorlar Şurasında həmkarı olan Şeyxülislam A. Paşazadənin KAİCİİD tribunasından etdiyi mütəmadi çıxışlardan Ermənistan tərəfindən işğal dövründə Azərbaycan ərazilərində 67 məsciddən 65-nin, 2 pravoslav kilsəsinin və sinaqoqların dağıdılıb təhqir olunması barədə məlumatlara malik olduğunu bildirib. 

Şeyxülislam A. Paşazadə, öz növbəsində, Amerika Yəhudi Komitəsinin Dinlərarası məsələlər üzrə beynəlxalq direktoru Baş Ravvin David Rosenin din xadiminə layiq mövqeyini təqdir edib və belə bir prinsipial yanaşmasına görə Azərbaycan xalqı adından ona təşəkkür edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO