“Biz müharibə istəmirik. Ancaq Azərbaycanın hərbi-siyasi rəhbərliyi öz ordularını sülhə hazırlamalıdır”.xa0
Moderator.az xəbər verir ki,xa0 erməni nəşrlərinin yaydığı məlumata görə, bu sözləri aprelin 7-də İrəvanda jurnalistlərə açıqlama verən işğalçı ölkəninxa0 müdafiə naziri David Tonoyan söyləyib.xa0 Xatırladaq ki,xa0 cəmi bir neçə gün öncə Nyu-Yorkda erməni icmasının nümayəndələri ilə görüşdə David Tonoyan bildirmişdi ki, o, “sülh naminə ərazi” formuluna dəyişiklik edib: “Biz (Ermənistan) əksini edəcəyik: Yeni ərazilər üçün yeni müharibə”.
Tonoyan əlavə etmişdi ki, Ermənistan hərbi əməliyyatları düşmənin ərazisinə keçirə biləcək hücum birləşmələrinin və divizionlarının sayını artıracaqdır. O, həmçinin vurğulamışdı ki, heç bir güzəşt olmayacaq, (ancaq) kompromislər mümkündür.
Azərbaycanın Müdafiə naziri Zakir Həsənov isə D.Tonoyana cavab olaraq “Müharibəyə başlasaydı, onunla İrəvanda görüşərdik...”xa0 demişdi.
P.S. İndi də deməyək ki, daha ermənilər qorxdu, müharibə-filan lazım(!) deyil...xa0Əslində düşmən nazir öz aləmində demək istəyir ki, biz sizdən güclüyük, müharibə olsa, yenə uduzarsız, ona görə də yaxşısı budur, indidən silahı qoyun yerə...
xa0
Sultan Laçınxa0






























































































