Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Serbiyaya işgüzar səfəri çərçivəsində Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad edib.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan XİN-nin rəsmi "X" hesabında məlumat verilib.
Bildirilib ki, nazir Belqraddakı Taşmaydan parkında Ümummilli Liderin abidəsi önünə gül dəstəsi qoyub. Nazir həmçinin Taşmaydan parkında görkəmli serb yazıçısı Milorad Paviçin abidəsini ziyarət edib.
"Serb ədəbiyyatının ən görkəmli xadimlərindən birinin xatirəsini hörmətlə yad edirik", – C.Bayramov qeyd edib.
Bizim.Media