“Ya məmur olmalısan, ya da biznesmen” – Razi Nurullayevdən ŞOK AÇIQLAMA

Hazırda oxunan: “Ya məmur olmalısan, ya da biznesmen” – Razi Nurullayevdən ŞOK AÇIQLAMA

18741

Məmurlar biznesmen ola bilməz. Hüquqşünasların fikrincə, bu qadağanın yaranması dövlətin iqtisadiyyata nəzarət edən, lisenziya verən qurum olmasından irəli gəlir. Çünki dövlət orqanlarında çalışanların hakimiyyət səlahiyyətləri var.

Məmurların bu səlahiyyətlərdən sui-istifadə etməsinin qarşısını almaq üçün bütün dünyada bu cür məhdudiyyətlər nəzərdə tutulur. Azərbaycan qanunvericiliyində də belə müddəaların olması hakimiyyət səlahiyyətlərindən şəxsi məqsədlər üçün sui-istifadənin qarşısını almaq naminə edilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Razi Nurullayev Etibar Hüseynovun Qarabağla bağlı fikrini məsxərə adlandırdı – QALMAQAL 


“Amma Azərbaycanda bu qayda gözlənilmir” deyən millət vəkili Razi Nurullayev
Bizim.Media-ya açıqlamasında əlavə etdi ki, əksər məmurların biznesi var:


“Yeni təyin olunan məmurları deyə bilmərəm, amma əksər məmurların biznesi olub, qanun üzərində onların bu fəaliyyəti qadağan olunub. Qanunun bu müddəasına əməl edilməyib. Təbii ki, əgər bir məmur bizneslə də məşğuldursa, o, xalqa xidmət göstərməkdə tam qüvvəsini səfərbər edə bilməz.

Ya məmur olmalısan, ya biznesmen. Həm məmur, həm də biznesmen olmaq doğru yanaşma deyil və qanunla da qadağandır. Bütün dünyada belədir. 

Mənə elə gəlir ki, bu qadağa həyata keçirilməli olsa, onda gərək Azərbaycanın 70 faiz məmuru işdən azad olunsun. Bu isə hal hazırda mümkün deyil. Amma bunun yerinə yetirilməsi üçün konkret addımlar atılmalıdır ki, bir neçə il ərzində problem aradan qalxsın. İndi bunu həll etmək istəsək belə, mümkün olmayacaq. Ancaq istənilən halda prosesə başlanılmalıdır. 

Dövlət zavod, fabrik açır, şirkətlər, idarə və konsernlər var. Dövlət şirkətləri bizneslə məşğuldur. Həmin şirkətlər özlərinin ətrafında dövlət adına firmalar yaradırlar və şirkətlər birbaşa onların ailə biznesinə çevrilir.
 

Tikinti ilə bağlı da hər bir şirkətin yanında bir inşaat tresti yaradılıb. O tikinti tresti nə ilə məşğul olub? Təbii ki, dövlətin vəsaiti ilə özünə pul qazanıb. Onun ətrafında onlarla, yüzlərlə şirkət yaradıb özünə, ailəsinə xidmət etdirib. 


Dövlət biznesi tənzimləməlidir və sahibkarların milyonçu olmasına şərait yaratmalıdır ki, biznesmenlər də iş yerləri, məhsul bolluğu yaratsınlar.

Bununla da kiçik və orta sahibkarlıq inkişaf etsin. Cəmiyyətin orta təbəqəsi yaransın. Bu olmasa, məmur biznesi davam edəcək”,- deyə millət vəkili Razi Nurullayev fikrini tamamladı.

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO