Baş nazir Nobel sülh mükafatı laureatı Məhəmməd Yunusu QƏBUL EDİB

Hazırda oxunan: Baş nazir Nobel sülh mükafatı laureatı Məhəmməd Yunusu QƏBUL EDİB

182917

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov martın 16-da Nobel sülh mükafatı laureatı Məhəmməd Yunus ilə görüşüb.

Bizim.Media xəbər verir ki, görüşdə XI Qlobal Bakı Forumunun önəmi vurğulanıb, çox sayda ölkədən dövlət və hökumət başçılarının, tanınmış siyasi və ictimai xadimlərin burada iştirakı tədbirin nüfuzunun göstəricisi kimi dəyərləndirilib.

Azərbaycanın müstəqillik dövründə əldə etdiyi nailiyyətlər və dinamik inkişaf yolu barədə məlumat verilib. Ölkəmizdə bütün sahələrdə, xüsusilə iqtisadi sahədə aparılan genişmiqyaslı islahatların müsbət nəticələr verdiyi vurğulanıb.
Nobel sülh mükafatı laureatı Məhəmməd Yunusun dünya miqyasında yoxsulluğa qarşı mübarizə istiqamətində uzunmüddətli səmərəli fəaliyyəti yüksək qiymətləndirilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO