Müdafiə Nazirliyi separatçıları silahı yerə qoyaraq təslim olmağa ÇAĞIRIB 

Müdafiə Nazirliyi separatçıları silahı yerə qoyaraq təslim olmağa ÇAĞIRIB 

Hazırda oxunan: Müdafiə Nazirliyi separatçıları silahı yerə qoyaraq təslim olmağa ÇAĞIRIB 

156021

“Azərbaycanın Qarabağ iqtisadi rayonunda yerləşən Ermənistan silahlı qüvvələri birləşmələrinin üzvlərini silahı yerə qoyaraq təslim olmağa çağırırıq. Həmçinin ərazidə olan mülki şəxslərə qətiyyən onlara yaxın durmamağı və hər hansı yardım etməməyi tövsiyə edirik”. 

Bizim.Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyin Mətbuat Xidmətinin rəisi, polkovnik Anar Eyvazov sentyabrın 19-da Qarabağdakı antiterror tədbirləri ilə bağlı keçirilən növbəti brifinqdə deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Antiterror tədbirləri ilə bağlı Müdafiə Nazirliyi BRİFİNQ keçirir


Nazirlik rəsmisi qeyd edib ki, tövsiyə xarakerli bildirişlər səsgücləndirici və digər texniki vasitələrlə çatdırılır. 

“Bir daha bildiririk ki, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin döyüş texnikasını yaşayış məntəqələrində və yaxud onların ətrafında yerləşdirməsinə baxmayaraq yüksək dəqiqliklə həyata keçirilən atəş nəticəsində yalnız uzunmüddətli atəş nöqtələri, döyüş texnikası və hərbi məqsədlər üçün istifadə edilən hərbi infrastruktur sıradan çıxarılır və zərərsizləşdirilir” , - A. Eyvazov vurğulayıb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO