Kəlbəcərin Zar kəndinin təməli qoyulub - FOTO/VİDEO

Kəlbəcərin Zar kəndinin təməli qoyulub - FOTO/VİDEO

Hazırda oxunan: Kəlbəcərin Zar kəndinin təməli qoyulub - FOTO/VİDEO
152347
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Avqustun 25-də Kəlbəcər rayonunun Zar kəndinin təməli qoyulub. 

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər. 
 

MÖVZU İLƏ BAĞLI:

Prezident və Xanımı “İstisu”da Müalicə-İstirahət Kompleksində görülən işlərlə tanış oldular


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev dövlətimizin başçısına və birinci xanıma kənddə görüləcək işlər barədə məlumat verib. 

Bildirilib ki, Zar kəndində ümumilikdə 855 ailənin məskunlaşması planlaşdırılıb. Yaşayış məntəqəsinin salınması üçün 20 illik perspektiv və həmin müddətdən sonrakı inkişaf nəzərə alınmaqla 243 hektardan çox torpaq sahəsinin ayrılması nəzərdə tutulub.

Birinci mərhələdə kəndə 547 ailənin köçürülməsi üçün birmərtəbəli fərdi evlərin inşası planlaşdırılır. Tikiləcək 547 evin 131-i ikiotaqlı, 289-u üçotaqlı, 92-si dördotaqlı, 35-i beşotaqlı olacaq. Burada, həmçinin 528 şagird yerlik məktəb, 100 yerlik uşaq bağçası tikiləcək. 

Prezident İlham Əliyev Zar kəndinin təməlini qoyub. 

Qeyd olunub ki, Zar kəndində əhalinin məşğulluğunun və istirahətinin təmin edilməsi üçün hər cür şərait yaradılacaq, geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək.

Burada evlərin və küçələrin işıqlandırılmasında “yaşıl enerji”dən istifadə olunacaq. Dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq, bütün işlər ən yüksək səviyyədə yerinə yetiriləcək. 

Sonra xatirə şəkilləri çəkdirilib. 
 


Kəlbəcərin Zar kəndinin təməli qoyulub - FOTO/VİDEO - foto 1
Kəlbəcərin Zar kəndinin təməli qoyulub - FOTO/VİDEO - foto 2
Kəlbəcərin Zar kəndinin təməli qoyulub - FOTO/VİDEO - foto 3
Kəlbəcərin Zar kəndinin təməli qoyulub - FOTO/VİDEO - foto 4

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO