Belarus prezidenti Aleksandr Lukaşenko da Ukrayna, xa0Türkiyə, Ermənistan, Qazaxstanda baş verən hadisələrdən ehtiyatlanaraq ölkədə təhlükəsizlik tədbirlərini gücləndirmək barədə tapşırıq verib.xa0
Moderator.az “belta”x9dya istinadən xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko iyulun 18-də Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) sədri Valeri Vakulçiki qəbul edib və onunla ölkədəki vəziyyəti müzakirə edib.
Dövlət başçısı DTK rəhbərinə tapşırıq verib ki, nəyin bahasına olur-olsun ölkədə sabitlik qorunmalıdır:xa0
“Məni Belarus ətrafında baş verən hadisələr narahat etməyə bilməz. Allaha şükür olsun ki, biz hələ də hər türlü neqativ hadisələrdən yan qaça bilirik...Biz bunu görürük, haradasa nə baş verirsə biz həmən o hadisələrə hazır oluruq. Ətrafımızda nə baş verir? Ukraynada, NATO-nun son qərarı... Və bunu Türkiyədə gördük. Ermənistanda problemlər. Qazaxstanda xa0da həmçinin müəyyən problemlər var.... Situasiya çox ağır və mürəkkəbdir. Ona görə də biz nəyin bahasına olursa - olsun xa0ölkəmizdə sabitliyi və əmin-amanlığı xa0qoruyub saxlamalıyıq”x9d.
Lukaşenko deyib ki, hər hansı xoşagəlməz hadisələr burada baş verməməlidir. Bu məqsədlə Lukaşenko ölkədə xa0ağır cinayətkarlıqla bağlı istintaq araşdrmaları ilə maraqlanıb.


































































































