İranın xarici işlər naziri Azərbaycana rəsmi səfər edəcək.
Moderator.az-a daxil olana məlumata görə, İranın xarici işlər naziri Mühəmməd Cavad Zərifinin Azərbaycana səfri növbəti həftə reallaşacaq.
Səfərin dəqiq tarixi bəlli deyil. Ancaq iranlı nazirin səfər zamanı Azərbaycan prezidenti İlham Əliyev, azərbaycanlı həmkarı Elmar Məmmədyarov və digər rəsmilərlə görüşü planlaşdırlır. Görüşlər zamanı iki ölkə arasındakı əlaqələrin dərinləşdirilməsi və genişləndirilməsi, regional əməkdaşlıq, regonda yaranmış durum, Qarabağ məsələsi, beynəlxalq təşkilatlarda əməkdaşlıq, beynəlxalq terrorizmə və cinayətkarlığa qarşı birgə mübarizə, dini radikalizmə qarşı mübarizə və digər məsələlər müzakirə olunacaq.
Səfirlikdən Moderator.az-a İran XİN başçısının növbəti həftə Azərbaycana səfərini təsdiqləsələr də, səfərin tarixi barədə konkret bir fikir bildirilmədi. Səfirlikdən yalnız o bildirildi ki, M.C.Zərifinin Azərbaycana gözlənilən səfəri növbəti həftə reallaşacaq və hazırda səfər proqramı üzərində iş gedir.




































































































