Prezident: “Bu il Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasında irəliləyiş ili olacaq”

Prezident: “Bu il Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasında irəliləyiş ili olacaq”

Hazırda oxunan: Prezident: “Bu il Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasında irəliləyiş ili olacaq”

122880

“Ümidvaram ki, 2023-cü il Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasında irəliləyiş ili olacaq. Hər halda biz buna ümid edirik”. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul edərkən bildirib. 

Ölkə başçısı Rusiyanın Azərbaycan ilə Ermənistan arasında dövlətlərarası münasibətlərin nizamlanmasındakı rolundan da danışıb: 

“Düşünürəm ki, Rusiya bizim dostumuz, müttəfiqimiz və qonşumuz kimi Azərbaycan ilə Ermənistan arasında dövlətlərarası münasibətlərin nizamlanmasına kömək işində xüsusi rola malikdir. Ötən il bu istiqamətdə mühüm səy göstərilib, gələcək sülh müqaviləsinin konseptual xarakterini, məhz iki ölkənin ərazi bütövlüyünün və suverenliyinin qarşılıqlı tanınmasını müəyyən edən sənədlər qəbul olunub.  

Bu, ötən ilin oktyabrında Praqada və Soçidə qəbul edilmiş sənədlərlə təsdiqlənib. Bu sənədlər sülh müqaviləsinə nail olmaq üçün istifadə edilə bilən təməldir”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO