Ceyhun Bayramov Bolqarıstanın səfirini QƏBUL ETDİ - FOTO

Ceyhun Bayramov Bolqarıstanın səfirini QƏBUL ETDİ - FOTO

Hazırda oxunan: Ceyhun Bayramov Bolqarıstanın səfirini QƏBUL ETDİ - FOTO
122022
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Bolqarıstan Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Ruslan Stoyanovu qəbul edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. 

Bildirilib ki, səfir Ruslan Stoyanov etimadnaməsinin surətini nazirə təqdim edib. 

Ceyhun Bayramov səfir Ruslan Stoyanovu təyinatı münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. İki ölkə arasında müxtəlif, o cümlədən siyasi, iqtisadi, energetika sahələrində ikitərəfli münasibətlərin mövcudluğuna məmnunluqla istinad edən nazir Ceyhun Bayramov, münasibətlərin daha da inkişaf etdirilməsi üçün potensialın olduğunu bildirib. 

Əlaqələrin inkişafında Azərbaycan və Bolqarıstan arasında mövcud siyasi dialoq və yüksək səviyyəli səfərlərin və təmasların mühüm rol oynadığı diqqətə çatdırılıb.

Xüsusilə, energetika sahəsində səmərəli əməkdaşlığın təcəssümü kimi ötən il Azərbaycan Respublikasının Prezidentinin iştirakı ilə Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun istismara verilməsinin əhəmiyyəti qeyd olunub. Bu xüsusda, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunması, habelə enerji təchizatının şaxələndirilməsində rolundan geniş bəhs edilib. 

Ölkəmizə səfir təyin olunmasından məmnunluğunu ifadə edən səfir Ruslan Stoyanov, Azərbaycan və Bolqarıstan arasında ikitərəfli, o cümlədən çoxtərəfli səviyyələrdə qarşılıqlı faydalı əməkdaşlıq gündəliyinin mövcud olduğunu qeyd edib. Bu xüsusda, müxtəlif sahələr üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini qeyd edib. 
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

Ceyhun Bayramov Bolqarıstanın səfirini QƏBUL ETDİ - FOTO - foto 1
Ceyhun Bayramov Bolqarıstanın səfirini QƏBUL ETDİ - FOTO - foto 2
Ceyhun Bayramov Bolqarıstanın səfirini QƏBUL ETDİ - FOTO - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO