Pandemiyaya baxmayaraq NATO-ya üzv olan bütün ölkələr müdafiə xərcləri ilə bağlı 2014-cü ildə götürdükləri öhdəliyi yerinə yetirilməlidirlər.
Bizim.Media xəbər verir ki, bunu NATO baş katibi Yens Stoltenberq açıqlayıb.
MÖVZU İLƏ BAĞLI:
NATO qoşunları Əfqanıstandan çəkilir?
Mənbə yazır ki, Yens Stoltenberq daha əvvəl Hərbi Komitənin iclası çərçivəsində keçirilən müdafiə qərargahları rəislərinin sessiyasında alyansa üzv ölkələri müdafiə xərclərini artırmağa, müasir imkanlara sərmayə qoymağa və Rusiyanın aqressiv davranışı, terrorizm və Çinin yüksəlişi kimi qlobal təhdidlərlə mübarizə üçün silahlı qüvvələrin hazırlığını artırmağa çağırıb.
Bizim.Media