Prezidentin köməkçisindən İrandakı səfirliyimizə hücumla bağlı açıqlama: “Günahkarlar cəzalandırılmalıdır”

Prezidentin köməkçisindən İrandakı səfirliyimizə hücumla bağlı açıqlama: “Günahkarlar cəzalandırılmalıdır”

Hazırda oxunan: Prezidentin köməkçisindən İrandakı səfirliyimizə hücumla bağlı açıqlama: “Günahkarlar cəzalandırılmalıdır”
117013
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Azərbaycanın İrandakı səfirliyinə vəhşi hücum hər bir sivil ölkə tərəfindən pislənilməlidir!”

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov “Twitter“də paylaşımında deyib.

“Günahkarlar cəzalandırılmalıdır! Təhlükəsizlik xidmətinin igid azərbaycanlı əməkdaşları bu gün günahsız insanların həyatını xilas edib. Həlak olanın ruhu şad olsun”, - o deyib.
Qeyd edək ki, Azərbaycan Prezidenti Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktını şiddətlə qınadığını açıqlayıb.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub.

Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Terroru törətmiş şəxs saxlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO