Rövnəq Abdullayev prezidentlə görüşdü   -Foto

Rövnəq Abdullayev prezidentlə görüşdü -Foto

Hazırda oxunan: Rövnəq Abdullayev prezidentlə görüşdü -Foto

115155

Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidentixa0Rövnəq AbdullayevBakıda səfərdə olan Beynəlxalq Cüdo Federasiyasının (İJF) prezidentiMarius Vizerləxa0görüşüb.xa0

Federasiyanın mətbuat xidmətindənxa0Moderator.az-a verilən məlumata görə, qonağı salamlayan R.Abdullayev Azərbaycan Prezidenti İlham Əliyevin ölkə idmanının inkişafına göstərdiyi böyük diqqət və qayğıdan danışıb, idmançılarımızın Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında qazandıqları yüksək nailiyyətlərdən söhbət açıb.xa0

Ölkədə cüdo idman növünün də zəngin ənənələrə malik olduğunu qeyd edən ACF prezidenti son vaxtlar Azərbaycan idmançılarının mötəbər yarışlardakı uğurlarını vurğulayıb. O, Azərbaycan cüdoçularının Fransa, Avstraliya, Çin, Koreya, Yaponiya, Afrika Qran-Prisi və “Böyük dəbilqə”x9d turnirlərində medlallar qazandığını diqqətə çatdırıb. Ötən ilin dekabrında gənclər və böyüklər arasında respublika çempionatlarının da yüksək səviyyədə keçirildiyini söyləyən R.Abdullayev bu yarışlarda rekord sayıda cüdoçuların mübarizə apardığını qeyd edib.

Səmimi görüşə görə minnətdarlığını bildirən M.Vizer Azərbaycanın artıq bütün dünyada idman ölkəsi kimi tanındığını söyləyib. O, dövlət səviyyəsində Olimpiya Hərəkatı və idmanın inkişafına göstərilən diqqətin dəfələrlə ümumdünya idman təşkilatları və federasiyaları tərəfindən qiymətləndirildiyini bildirib. Azərbaycan cüdoçularının gələcək beynəlxalq yarışlarda da uğurla çıxış edəcəyinə ümidvar olduğunu söyləyən İJF prezidenti mayda Bakıda ümummili lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Böyük dəbilqə”x9d yarışının da yüksək səviyyədə keçiriləcəyinə əminliyini vurğulayıb. Bu mötəbər turnirdə beynəlxalq və yerli federasiyaların birgə işçi qrupunun fəaliyyət göstərəcəyini, yarışda dünyanın ən güclü cüdoçularının Bakıya təşrif buyuracağını qeyd edib.xa0

2017-ci ilin yanvarında beynəlxalq dərəcəli hakimlərin seminarının keçiriliməsinin də Bakıya həvalə olunduğunu söyləyən M.Vizer bu tədbirdə cüdoda olimpiadadan sonra yeni qaydaların tətbiq ediləcəyini deyib. Həmçinin, İJF-nin 2 il əvvəl yaranmış akademiyası ilə ACF arasında əməkdaşlığa başlanılacaq.xa0

Sonra M.Vizer İJF-nin xüsusi hədiyyəsini ACF prezidenti Rövnəq Abdullayevə təqdim edib.

Görüşün sonunda xatirə şəkli çəkdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO