Xorvatiya Respublikasının Prezidenti Zoran Milanoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Bizim.Media xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli cənab Prezident.
Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyur, Sizə möhkəm cansağlığı, ruh yüksəkliyi və dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm.
Cənab Prezident, Sizə ən xoş diləklərimi yetirir və ölkənizin gələcək rifahını təmin etmək yolunda daha böyük nailiyyətlər arzulayıram.
Əminəm ki, Xorvatiya və Azərbaycan hətta bu çətin zamanlarda qarşılıqlı əlaqələri, o cümlədən iqtisadi əməkdaşlığı daha da dərinləşdirməkdə davam edəcək.
Cənab Prezident, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin".
Bizim.Media
- A-
- A
- A+
Siyasət
19:26 / 23.12.2022
Xorvatiya Prezidentindən İlham Əliyevə TƏBRİK məktubu
Hazırda oxunan: Xorvatiya Prezidentindən İlham Əliyevə TƏBRİK məktubu
Hazırda oxunan: Xorvatiya Prezidentindən İlham Əliyevə TƏBRİK məktubu
111315
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.