"Yadigar kimi götürdüyüm qələmi Heydər Əliyev mənə qaytararaq dedi ki..."

Hazırda oxunan: "Yadigar kimi götürdüyüm qələmi Heydər Əliyev mənə qaytararaq dedi ki..."

111075
"1995-ci ildə mən İsraildə üzərində Heydər Əliyevin öz xətti ilə onun adı yazılmış 100 ədəd avtoqələm sifariş verdim".

Moderator.az-ın xəbərinə görə, bunu sabiq rabitə naziri Siruz Abasbəyli bu gün öz "Facebook" səhifəsində paylaşdığı statusunda yazıb.

 "O zaman da köməkçisi Tarıyel Ağayev vasitəsi ilə onları ulu öndərimizə çatdırdım və telefonda ona dedim ki, bu qələmləri Heydər Əliyevin yanına gələn hörmətli adamlara hədiyyə verməsi üçün düzəltdrirmişəm. Axşam Tarıyel mənə telefon açaraq dedi, prezident soruşur ki, qələmlər 99 ədədir,  gör qalan biri hanı? Dedim ki, birini mən götürmüşəm..."- deyə, qeyd edən sabiq nazir üstündən bir az keçəndən sonra T. Ağayevin yenidən ona telefon açdığını yazır.

 "Tariyel yenə telefon açaraq dedi ki, Heydər Əliyev deyir ki, qələmi mənə qaytatrsın. Səhərisi də mən məruzə üçün Prezidentin yanına getdim.

 İçəri girən kimi birinci qələmi soruşdu, mən də qələmi cibimdən çıxarıb ona verərək dedim ki, Heydər Əliyeviç, 100 qələmdən birini mənə özümə yadigar olaraq götürmüşdüm. O isə "buna bilirsən nə deyirlər..., içinə mürəkkəb doldurmusan???"-deyə, soruşdu.

Mən də dedim ki, xeyr. Eynəyini gözünə taxıb ( o çox nadir hallarda eynəkdən istifadə edərdi) qələmə diqqətlə baxdı,  ağ kağız üzərində yazaraq yoxladı.Sonra həmin  avtoqələmi mənə qaytararaq dedi, indi bu qələmi sənə mən verirəm.

Bax, bu, düzgün olar, yoxsa, özbaşına götürmüşdün... Bəli, bizim ulu öndərimiz belə alicənab bir dahi idi..."- deyə, sabiq nazir statusunda daha sonra qeyd edir.

Kamil Həmzəoğlu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO