Baş nazir Əli Əsədov Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında sərəncamının icrasının təmin edilməsi barədə sərəncam imzalayıb.
Bizim.Media xəbər verir ki, sərəncamda “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”inə uyğun olaraq “2021-2025-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyası”nın formalaşması, bu sahədə strateji planlaşma və idarəetmənin effektiv təşkili və əlaqələndirilməsi, habelə uyğun siyasət və islahat istiqamətlərinin müəyyən edilməsi məqsədilə qərarlar öz əksini tapıb.
MÖVZU İLƏ BAĞLI:
Baş nazir qaz təsərrüfatında problemlərin həlli ilə bağlı tapşırıq verdi
Sərəncama əsasən, Baş nazirin sədrliyi, müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının iştiraklı ilə komissiya yaradılıb.
Komissiya “2021-2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın layihəsinin hazırlanması və həyata keçirilməsi ilə bağlı aidiyyəti dövlət orqanlarının (qurumlarının) fəaliyyətini əlaqələndirəcək.
Bizim.Media