Ülvi Quliyevin seçki kampaniyası davam edir ”“  FOTO + VİDEO

Ülvi Quliyevin seçki kampaniyası davam edir ”“ FOTO + VİDEO

Hazırda oxunan: Ülvi Quliyevin seçki kampaniyası davam edir ”“ FOTO + VİDEO

102631
15 saylı Yasamal birinci seçki dairəsindən deputatlığa namizəd Ülvi Quliyev təbliğat kampaniyası çərçivəsində seçicilərlə görüşlərini davam etdirir.

Moderator.az xəbər verir ki, namizəd bu dəfə 15 saylı seçki dairəsində ayrı-ayrı məhəllərdə yaşayan  seçiciləri ilə görüşüb.

Ü. Quliyev seçiciləri ilə görüşdə dövlətimizin uğurlu inkişaf yolundan, Prezident İlham Əliyevin  uğurla həyata keçirdiyi siyasətin nəticəsində əldə olunan uğurlardan danışıb və onları dövlətimizin, dövlətçiliyimizin ətrafında sıx birləşməyə çağırıb.

Namizəd bildirib ki, hər bir deputatın borcu seçicilərinin etimadını doğrultmaqdır.

 “Seçicilərin etimadını doğrultmaq hər bir deputatın borcudur. Mən də bunu özümə borc hesab edirəm. Dediklərimi sözdə deyil, əməlimdə göstərmişəm”x9d.

Seçiciləri ilə sıx təmasda olan Ülvi Quliyev onların problemlərini dinləyib və həlli üçün müvafiq qurumlara müraciət edəcəyini də bildirib.

Seçicilərdə öz növbəsində Ülvi Quliyevə dəstək olacaqlarını və seçkilərdə birmənalı olaraq ona səs verəcəklərini bildiriblər.















































© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO