Kardiologiya İnstitutundan ŞİKAYƏT – “Vətəndaşlara etinasız yanaşırlar”

Hazırda oxunan: Kardiologiya İnstitutundan ŞİKAYƏT – “Vətəndaşlara etinasız yanaşırlar”

159063

Elmi-Tədqiqat Kardiologiya İnstitutunda müayinə və müalicə xərclərini İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi qarşıladığından həkimlər vətəndaşlara qarşı etinasız və diqqətsiz yanaşırlar. 

Məsələ ilə bağlı redaksiyamıza şikayət daxil olub. Belə ki, növbədə gözləyən vətəndaşlar “xərcimizi dövlət qarşıladığı üçün həkimlər üzümüzə də baxmaq istəmirlər”, - deyə narazılıqlarını dilə gətiriblər. 
 

MÖVZU İLƏ BAĞLI:

Ürək-damar xəstəlikləri niyə CAVANLAŞIB? 


Bundan başqa, həkimlərin yönləndirdiyi xəstələr qan analizi vermək istəsələr də, onlar vaxtın bitməsini bəhanə gətirərək, pasientləri geri qaytarıblar.

Eyni zamanda, xəstəxana otaqlarının qapısında gözləyən vətəndaşlara nəzarət olmadığına görə, onlar bir-birlərinin növbəsinə girib həkimlərin qəbuluna düşüblər. 

Məsələ ilə bağlı Elmi-Tədqiqat İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nailə Mustafayeva Bizim.Media-ya açıqlamasında daxil olan şikayətlə bağlı münasibətini bildirib:

“Şikayətin araşdırılması nəticəsində məlum olub ki, vətəndaş şənbə günü saat 12:00-da analiz vermək istəyib. Lakin həkim bildirib ki, cavablar dəqiq olmadığı üçün bu saatda hormon və bir sıra digər analizlərin verilməsi uyğunsuzdur. 
Vətəndaş digər bütün müayinələrdən rahat şəkildə keçib. Uzun müddət ərzində institutun fəaliyyətindən hər hansı bir şikayət daxil olmur ki, bu da burada çalışan peşəkar kollektivin uğurudur. Yeganə çətinlik böyük növbələrin olmasıdır və bu da instituta çox saylı vətəndaşların müraciət etməsi ilə bağlıdır. Hazırda qeyd olunan problemin aradan qaldırılması ilə bağlı işlər aparılır”.

Cahan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO