Koronavirusdan sonra yaddaşımızı niyə İTİRMİŞİK? – Mütəxəssisdən ÇIXIŞ YOLU 

Hazırda oxunan: Koronavirusdan sonra yaddaşımızı niyə İTİRMİŞİK? – Mütəxəssisdən ÇIXIŞ YOLU 

151144

Koronavirusa yoluxub sağalmış bəzi insanlar xəstəliyin sonrakı fəsadlarından şikayətlənirlər. Son vaxtlar şikayətlərin çoxu unutqanlıq və yaddaş itkisi ilə bağlıdır. 

Qısa bir zaman ərzində sağlamlığımıza qənim kəsilən Covid-19-un yaratdığı fəsadlar indi də özünü göstərir.

Müşahidələr göstərir ki, məlum xəstəlikdən sonra insanların sinir sistemində gərginlik yaranıb. Xüsusilə fikir dağınıqlığı, diqqətizlik, səbirsizlik, psixi və ən əsası yaddaş pozğunluğu kimi əlamətlər baş qaldırıb. 

Mütəxəssislər hesab edir ki, xəstəliyi keçirmiş, eləcə də xəstəliyin davamı müddətində bəzi insanlarda müşahidə olunan operativ yaddaş pozğunluğu, "beynin sanki dumanlanması”, "şüurun qaranlıqlaşması” və sair kimi əlamətlər, immun sistemin virusa qarşı kəskin əks reaksiyasının nəticəsidir. Uzun müddətli yaddaşda saxlanılan məlumatları əldə etmək mümkün olmasa, deməli, bu amneziya xəstəliyinin göstəricisidir.

Bəs, bu təhlükədən necə qurtulaq? 

Mövzu ilə bağlı Bizim.Media-ya danışan tanınmış həkim-terapevt Rasif Bağırov yaddaş pozğunluğunun koronavirusla bağlılığının olmadığını bildirib:
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda ürəktutmaların səbəbi koronavirus PEYVƏNDİDİR? - Professordan maraqlı AÇIQLAMA


“Dünya Elmi Tədqiqat Mərkəzlərində hələ mən rast gəlmədim ki, desinlər xəstə koronavirus keçirdiyinə görə yaddaşı pozulub. Yəni konkret olaraq elə bir informasiyaya rast gəlməmişəm. Güman etmirəm ki, hansısa həkim də ona rast gəlsin ki, beyində müəyyən dəyişiklik gedib və xəstədə yaddaş pozğunluğu yaranıb. 

Sadəcə koronavirus keçirmiş xəstələrdə onların beynində sinir psixoloji pozgunluq yaranır. Bütün koronavirusa yoluxmuş xəstələr ölüm qorxusu adı altında bu virusu keçiriblər. Elə bil ki, məhkəmə bir məhkuma qərar çıxarır ki, bu adam güllələnməlidir. Adamı həmin dəqiqə güllələmirlər. Həbsxanaya salırlar və orada müəyyən müddət qalır. 

Amma o, hər gün qorxu ilə güllələnəcəyini gözləyir. İnsanın keçirdiyi dəhşətli psixoloji sarsıntını heç nə ilə müqayisə etmək olmaz.

Oradan xəbər gəlir ki, səni güllələmirik, sərbəst buraxırıq. O zaman onun əsəb sistemindəki pozgunluq ömür boyu fəsad kimi qalır. 

Koronavirus onu özü yaratmır, sadəcə xəstəliyə tutulmuş şəxsin keçirdiyi qorxu hissindən yaranır. Üstəlik ətrafındakı ölüm hallarını görüb, depressiyaya düşür və güclü psixoloji sarsıntı keçirir”. 


Həkim sözügedən xəstəlikdən sonra həmin sinir sarsıntılarının aradan qaldırılmasını tövsiyə edib: 

“Xəstə vaxtında müəyyən tədbirlər və reablitasiya prosesləri keçməlidir. Bu aparılmasa, fəsadlar orqanizmdə qalır. Bunun üçün yalnız nervpotoloqa müraciət etmək və təyinat əsasında mərhələli müalicə götürmək lazımdır. Çox sayda insan var ki, həmin xəstəliyə tutulub, amma mərkəzi sinir sistemində o xəstəliyə tutulmamışdan əvvəl müəyyən pozğunluqları var. Həmin pozğunluqlar özü yaddaşın pozulmasına gətirib çıxara bilir. Bunun isə səbəbi araşdırılıb aradan götürülməlidir. Səbəbi araşdırılmasa və aradan götürülməsə, o yaddaş heç vaxt bərpa olunmayacaq. 

Əslində yaddaşın bərpa olunması koronavirusun yaddaş mərkəzinə təsir etməsi ilə bağlı deyil. Orada əsas məsələ mərkəzi sinir sitemində yaranmış gərginlikdir ki, bu, aradan qalxmayana qədər yaddaş bərpa olunmayacaq. Hətta müvafiq dərman preparatları belə qəbul edilsə də mümkün deyil”. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO