“Qərb Ermənistandan birmənalı şəkildə üz çevirdi”

“Qərb Ermənistandan birmənalı şəkildə üz çevirdi”

Hazırda oxunan: “Qərb Ermənistandan birmənalı şəkildə üz çevirdi”
59018
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Bu gün Qərb regionda öz maraqlarını inkişaf etdirmək və həyata keçirmək üçün Rusiyadan qat-qat güclüdür”.

 

Bu sözləri açıqlamasında Azərbaycann Xarici siyasət məsələləri üzrə sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə Qərb və Rusiyanın hazırkı durumda Cənubi Qafqaz uğrunda apardığı siyasət kursunu şərh edərkən deyib.

 

Onun sözlərinə görə, Almaniyanın Ermənistandakı səfirinin bəyanatı bu ölkəyə bir təzyiqdir:

 

“Səfir açıq-aşkar Ermənistana bildirdi ki, Rusiyanın yaratdığı birliyə qoşulmağınızdan dolayı sizinlə bundan sonra heç cür əməkdaşlıq etməyəcəyik. Ermənistan isə hesab edirdi ki, Avrasiya İttifaqına qoşulmaqla həm Rusiyanın yaratdığı birliklə, həm də Avropa İttifaqı ilə fəal əməkdaşlığı davam etdirə biləcək. Ancaq Almaniyanın İrəvandakı səfirinin bəyanatı sübut etdi ki, Avropa İttifaqı Ermənistanla heç bir əməkdaşlıq etməyəcək. Qərb regionda siyasətini uğurla aparır və aparacaq. Yəni Azərbaycan və Gürcüstanın Qərblə əlaqəsi hazırda çox genişdir. Ona görə də Ermənistan indi pis vəziyyətdədir. Təklənmiş və təcrid durumda olan və Rusiyanın öz mənafəyinə görə istifadə etdiyi Ermənistanın vəziyyəti olduqca acınacaqlıdır. Qərb çox güclüdür, öz maraqlarını inkişaf etdirir və yeni regionları öz təsiri altına ala bilər. Bu baxımdan da hesab edirəm ki, Qərb Cənubi Qafqazı da öz təsiri altına alacaq və münaqişəni həll edə biləcək. Ən önəmlisi isə buna qədər Ermənistan daha da pis vəziyyətə düşəcək. Çünki Rusiyanın heç nə vermədiyi Ermənistandan indi də Qərb üz döndərib”.(axar.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO