Zelenski:

Zelenski: "Ukrayna "Mriya"nı yenidən istehsal edəcək" - FOTO/VİDEO

Hazırda oxunan: Zelenski: "Ukrayna "Mriya"nı yenidən istehsal edəcək" - FOTO/VİDEO
75427
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ukrayna Prezidenti Volodimir Zelenski dünyanın ən iri təyyarəsi olan AN-225 "Mriya"nı yenidən istehsal edəcəklərini açıqlayıb.

Bİzim.Media xəbər verir ki, o, sözügedən təyyarənin hazırlanması üçün 800 milyon dollar tələb olunduğunu açıqlayıb:

"Biz onu yenidən hazırlamaq istəyirik, bunun üçün 800 milyon dollar lazımdır. İkinci "Mriya"nın istehsalı üçün Türkiyə Prezidentinə müraciət etdim, amma pul tapmadıq. Lakin indiki halda bu, pul məsələsi deyil, ambisiyadır. Dövlətimizin və müharibədə həlak olan bütün peşəkar pilotlarımızın imicinə dair məsələdir”, - deyə V.Zelenski bildirib.

O qeyd edib ki, yeni təyyarə müharibədə həlak olan pilotların xatirəsinə həsr olunacaq.

Qeyd edək ki, "Mriya"  aviasiya tarixində dünyanın ən iri və ən ağır yükgötürmə qabiliyyətinə malik olan hava gəmisidir və 1988-ci ildə "Antonov" aviasiya konserni tərəfindən  bir nüsxədə istehsal edilib.
Rusiya ordusunun Kiyev yaxınlığındakı hava limanını bombardmanı zamanı sözügedən təyyarə məhv edilib.

Oral Mədənçi, Bizim.Media
 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO