Krımın "keçmiş naziri" Kiyevdə saxlanıldı - FOTO

Krımın "keçmiş naziri" Kiyevdə saxlanıldı - FOTO

Hazırda oxunan: Krımın "keçmiş naziri" Kiyevdə saxlanıldı - FOTO

622435

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) paytaxt Kiyevdə ölkənin milli təhlükəsizliyinə qarşı fəaliyyət göstərmiş yüksək rütbəli kollaborantın (satqının) saxlanılması barədə məlumat yayıb. Yarımadanın 2014-cü ildəki ilhaqından sonra Rusiya işğalçı rəhbərliyi altında Krımın "yanacaq-energetika kompleksi üzrə keçmiş naziri" işləmiş şəxs Kiyevdə qandallanıb.

Bizim.Media xəbər verir ki, Ukrayna hüquq-mühafizə orqanlarındakı etibarlı mənbələrin "UNIAN" agentliyinə verdiyi məlumata görə, söhbət Sergey İvanoviç Kolobovdan gedir.

İstintaq materiallarına əsasən, o, 2014-cü ildə Krım ilhaq olunan kimi dərhal Rusiya vətəndaşlığını qəbul edib və işğalçı administrasiyaya öz xidmətlərini təklif edib. Həmin dövrdən etibarən müvafiq idarələrdə rəhbər vəzifələrdə çalışaraq yarımadanın Rusiya enerji sisteminə inteqrasiya edilməsi üçün fəal iş aparıb, Ukraynanın dövlət maraqlarına zərbə vuran qərarlara imza atıb.
 

Bütün bu fəaliyyətlərindən və Ukrayna əleyhinə apardığı mübarizədən sonra, keçmiş qondarma nazir hansısa "şəxsi işlərini həll etmək" məqsədilə heç bir təhlükəsizlik tədbiri görmədən Kiyevə gəlib. Lakin Ukrayna xüsusi xidmət orqanları onun paytaxta daxil olmasını operativ şəkildə təsbit edərək dərhal həbs ediblər.


Hazırda dövlətə xəyanət və işğalçı rejimlə əməkdaşlıq maddələri ilə ittiham olunan Kolobovu Ukrayna qanunvericiliyinə əsasən, əmlakı müsadirə olunmaqla 15 ilə qədər həbs cəzası gözləyir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO