Koştadan Paşinyana mesaj: "Bu qələbə regionun sülhsevər gələcəyinə investisiyadır"

Koştadan Paşinyana mesaj: "Bu qələbə regionun sülhsevər gələcəyinə investisiyadır"

Hazırda oxunan: Koştadan Paşinyana mesaj: "Bu qələbə regionun sülhsevər gələcəyinə investisiyadır"

617916

Ermənistanda keçirilən parlament seçkilərində fəaliyyətdə olan Baş nazir Nikol Paşinyanın "Vətəndaş Müqaviləsi" Partiyasının 61 mandatla qazandığı qələbə Avropa İttifaqının (Aİ) ali rəhbərliyi tərəfindən yüksək qiymətləndirilməkdə davam edir. Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin ardınca, Avropa İttifaqı Şurasının sədri Antoniu Koşta da Nikol Paşinyana rəsmi təbrik məktubu ünvanlayıb.

Bizim.Media xəbər verir ki, Antoniu Koşta öz müraciətində Ermənistanda baş tutan seçki nəticələrini ölkənin Avropaya inteqrasiya xəttinin və demokratik sabitliyinin təzahürü kimi qiymətləndirib.

Şura sədri bəyanatında rəsmi İrəvana açıq dəstək ifadə edən diqqətçəkən fikirlər səsləndirib:

"Ermənistan xalqı sülhə, sabitliyə, həmçinin qonşuları və dünya ilə daha sıx əməkdaşlığa əsaslanan gələcəyin lehinə səs verdi. Hörmətli Baş nazir Nikol Paşinyan, sizi qazanılan nəticələr münasibətilə təbrik edirəm. Siz Ermənistanın dözümlülüyünün, sabitliyinin və rifahının gücləndirilməsində oynadığınız rolla fəxr edə bilərsiniz".

Antoniu Koşta, həmçinin Avropa İttifaqı ilə Ermənistan arasında gələcək əməkdaşlığın prioritet istiqamətlərinə toxunaraq əlavə edib:
 

"Biz birlikdə insanlar arasında daha güclü əlaqələr qurur, energetika, ticarət və rəqəmsallaşma sahələrində yeni imkanlar yaradırıq. Bizim bu möhkəm tərəfdaşlığımız, bütövlükdə regionun daha sülhsevər və çiçəklənən gələcəyinə qoyulan mühüm bir investisiyadır".


Ekspertlərin rəyinə görə, Aİ-nin hər iki ali rəhbərinin (Avropa Komissiyası və Aİ Şurası) seçkilərin dərhal ardından Paşinyanı mütləq dəstəkləyən bəyanatlarla çıxış etməsi, Brüsselin Cənubi Qafqaz siyasətində İrəvanı əsas tərəfdaş kimi qəbul etdiyini və yeni formalaşacaq hökumətin xarici siyasətdə tamamilə Qərbə meyllənəcəyini stimullaşdırır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO