Lyayendən Paşinyana təbrik: "Ermənistan bizə arxalana bilər"

Lyayendən Paşinyana təbrik: "Ermənistan bizə arxalana bilər"

Hazırda oxunan: Lyayendən Paşinyana təbrik: "Ermənistan bizə arxalana bilər"
617897
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ermənistanda keçirilən parlament seçkilərində Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyasının rəsmi olaraq 61 mandatla mütləq qələbə qazanmasından sonra Qərbdən İrəvana növbəti yüksək səviyyəli dəstək bəyanatı gəlib.
 
Bizim.Media xəbər verir ki, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen rəsmi qələbə münasibətilə Ermənistanın Baş naziri Nikol Paşinyana təbrik məktubu ünvanlayıb.
 
Ursula fon der Lyayen öz müraciətində Avropa İttifaqının Ermənistandakı mövcud hakimiyyətə tam dəstək verdiyini nümayiş etdirərək, diqqətçəkən ifadələr işlədib:
 
"Hörmətli Nikol Paşinyan, sizi seçkilərdə qazandığınız qələbə münasibətilə səmimi qəlbdən təbrik edirəm. Avropaya getdikcə daha da yaxınlaşan Ermənistan ilə tərəfdaşlığımızı yüksək qiymətləndiririk. Ermənistan bizə tamamilə arxalana bilər. Sizin 2018-ci ildə rəhbərlik etdiyiniz “Məxməri inqilab”ın ruhu hələ də yaşayır və fəaliyyətdədir".
 

Xatırladaq ki, bundan əvvəl Fransa Prezidenti Emmanuel Makron da seçkilərə Rusiyanın genişmiqyaslı müdaxilə etdiyini bəyan edərək Paşinyan hakimiyyətinə dəstək nümayiş etdirmişdi.


Ekspertlərin fikrincə, Avropa İttifaqının bu cür birbaşa və açıq dəstək bəyanatları, yeni formalaşacaq hökumətin xarici siyasətdə Avropaya inteqrasiya xəttini daha da sürətləndirəcəyindən xəbər verir.
 
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO