Ermənistanda keçirilən parlament seçkilərindən sonra daxili siyasi gərginlik daha da kəskinləşib. Baş nazir Nikol Paşinyan seçkilərin ilkin nəticələri elan olunduqdan sonra ölkədəki rusiyayönümlü müxalifət qüvvələrinə qarşı kəskin bəyanatlarla çıxış edib.
Bizim.Media xəbər verir ki, hökumət başçısı seçki prosesinə kənardan müdaxilə etməyə çalışan və ölkədəki sabitliyi pozmağa yönələn hər hansı bir qanunsuz cəhdin qarşısının qətiyyətlə alınacağını vurğulayıb.
Paşinyan xalqa müraciətində rusiyayönümlü siyasi blokları hədəf alaraq bildirib:
"Ermənistan xalqı öz seçimini etdi və öz suverenliyini qorudu. Seçkinin nəticələrini həzm edə bilməyib ölkəni xaosa sürükləmək, dövlət çevrilişinə cəhd göstərmək istəyən rusiyayönümlü müxalifət fəalları bilsinlər ki, qanunun bütün sərtliyi ilə cəzalandırılacaqlar. Biz dövlət institutlarının zəiflədilməsinə və xarici qüvvələrin diktəsi ilə hərəkət edən qrupların ölkədə iğtişaş törətməsinə icazə verməyəcəyik".
Bizim.Media

- A-
- A
- A+
Region
09:57 / 08.06.2026
Paşinyan rusiyayönümlü müxalifəti təhdid etdi – VİDEO
Hazırda oxunan: Paşinyan rusiyayönümlü müxalifəti təhdid etdi – VİDEO
Hazırda oxunan: Paşinyan rusiyayönümlü müxalifəti təhdid etdi – VİDEO
617863
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






































































































